​Yardımlı, Quba və Tərtər rayonlarının daha 3 kəndinə qaz verilib

​Yardımlı, Quba və Tərtər rayonlarının daha 3 kəndinə qaz verilib 825 abonent qazla təmin olunub
Energetika
16 Sentyabr , 2015 17:41
​Yardımlı, Quba və Tərtər rayonlarının daha 3 kəndinə qaz verilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Yardımlı rayonunun Urakəran və Quba rayonunun Mirzəqışlaq kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib, Tərtər rayonunun Hacıqərvənd kəndi isə yenidən qazlaşdırılıb.

"Report" Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun nəticəsində ümumilikdə 825 abonent qazla təmin olunub.

Yardımlı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 122 abonenti olan Urakəran kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 122 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Quba rayonunun 151 abonentlik Mirzəqışlaq kəndinin qazlaşdırılması zamanı 11 140 metrlik qaz xətləri quraşdırılıb, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

552 abonenti olanTərtər rayonunun Hacıqərvənd kəndinə təbii qaz verilişinin bərpası məqsədi ilə birpilləli sistem əsasında 25 754 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi