Yaqub Eyyubov: "İnanıram ki, TAP üzrə işlər qrafiklə irəliləyəcək"

Yaqub Eyyubov: "İnanıram ki, TAP üzrə işlər qrafiklə irəliləyəcək" Baş nazirin birinci müavini: "Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq"
Energetika
17 May , 2016 16:57
Yaqub Eyyubov: İnanıram ki, TAP üzrə işlər qrafiklə irəliləyəcək

Bakı. 17 may. REPORT.AZ/ "İnanıram ki, birgə səylərimiz nəticəsində bu layihə üzrə işlər qrafiklə irəliləyəcək və Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq".

"Report" xəbər verir ki, bunu bu gün Salonikidə (Yunanıstan) keçirilən Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib.

Y.Eyyubov Azərbaycan qazının Avropa bazarına çatdırılmasının əhəmiyyətindən, "Cənub Qaz Dəhlizi" çərçivəsində görülən işlərdən, Məşvərət Şurasının iclaslarından danışıb: "İndi biz birlikdə Xəzər dənizi ilə Adriatik dənizini birləşdirən qaz körpüsünün tikintisinə sadiq qalırıq".

Son xəbərlər

Orphus sistemi