Yaponiyada neft ehtiyatlarının satılması nəzərdən keçirilir

Yaponiyada neft ehtiyatlarının satılması nəzərdən keçirilir Bəzi siyasətçilər belə tədbirlərin həyata keçirilməsinə qarşı çıxıblar
Energetika
20 Noyabr , 2021 12:18
Yaponiyada neft ehtiyatlarının satılması nəzərdən keçirilir

Yaponiya hökuməti ehtiyat kimi saxlanılan neftin satışına icazə verə bilər.

“Report” xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Qeyd olunub ki, bu qərar bu növ yanacağın qiymətlərini sabitləşdirmək üçün nəzərdə tutulub. Eyni zamanda, bəzi siyasətçilər belə tədbirlərin həyata keçirilməsinə qarşı çıxıblar: ölkə qanunvericiliyinin təbii fəlakət və ya qlobal bazar problemlərinə görə tədarük çatışmazlığı zamanı neft ehtiyatlarından istifadəyə icazə verməsinə baxmayaraq, Yaponiya heç vaxt qiymət artımlarına cavab olaraq ehtiyatlarını istifadəyə verməyib.

Agentliyin mənbələrinin bildirdiyinə görə, hökumətin müsbət qərarı olacağı təqdirdə bu proses böyük ehtimalla ABŞ ilə əməkdaşlıq şəklində həyata keçiriləcək.

Qeyd edək ki, Yaponiya ötən əsrin 70-ci illərdən sonra strateji ehtiyatlar yaratmağa başlayıb. Hazırda ölkədə həm dövlət, həm də özəl saxlanclar mövcuddur. Sentyabrın sonuna olan məlumata görə, Yaponiya 242 gün ərzində ölkənin ehtiyaclarını ödəyəcək qədər ehtiyata malikdir.

Son xəbərlər

Orphus sistemi