Yaponiya şirkəti Azərbaycanın ucqar dağ kəndlərində optimal hibrid sistemini tətbiq edəcək

Yaponiya şirkəti Azərbaycanın ucqar dağ kəndlərində optimal hibrid sistemini tətbiq edəcək Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpa olunan enerji mənbələrindən istifadə ilə elektrik enerjisi və istilik təchizatı təmin edilə bilər.
Energetika
24 iyun 2023 11:06
Yaponiya şirkəti Azərbaycanın ucqar dağ kəndlərində optimal hibrid sistemini tətbiq edəcək

Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpa olunan enerji mənbələrindən istifadə ilə elektrik enerjisi və istilik təchizatı təmin edilə bilər.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Yaponiyanın “Komaihaltec” şirkətinin bərpa olunan enerji və xarici biznes departamentinin icraçı direktoru Emi Komainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirilib.

Bu, bərpa olunan enerji avadanlıqlarının istehsalçısı, hibrid enerji sistemlərinin tətbiqi üzrə təcrübəyə malik “Komaihaltec” şirkəti ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində mümkün olacaq.

Görüşdə şirkət ilə optimal hibrid sisteminin tətbiqinə əsaslanan pilot layihə üzrə əməkdaşlıq nəzərdən keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair zəruri aspektlərlə bağlı fikir mübadiləsi aparılıb. Pilot layihənin nəticələrindən asılı olaraq bu təcrübənin digər dağ kəndlərinədək genişləndirilməsi, həmçinin azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsində şirkətin iştirakı perspektivlərinə də toxunulub.

Söhbət zamanı Yaponiyanın dəstəyi ilə külək elektrik stansiyalarının tikintisi və xidmətlər üzrə mühəndislərin hazırlanması və peşəkarlıq keyfiyyətlərinin yüksəldilməsi ilə bağlı təlimlərin keçirilməsi təklifi də irəli sürülüb.

12:11

Azərbaycan və Yaponiya bərpa olunan enerji mənbələri əsasında optimal hibrid sistemin tətbiqi ilə bağlı pilot layihə üzrə əməkdaşlıq edəcək.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

Nazir bildirib ki, “Komaihaltec" şirkəti ilə ucqar dağ kəndlərinin elektrik və istilik təchizatına dair müzakirələr aparılıb.

Müzakirələr P. Şahbazovun "Komaihaltec" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə aparılıb.

Son xəbərlər

Orphus sistemi