Yaponiya rəsmisi: "Cənubi Qafqaz regionuna çox böyük önəm veririk"

Yaponiya rəsmisi: "Cənubi Qafqaz regionuna çox böyük önəm veririk" Bakı. 30 may. REPORT.AZ/ Yaponiya Cənubi Qafqaz regionuna çox böyük önəm verir.
Energetika
30 May , 2018 09:41
Yaponiya rəsmisi: Cənubi Qafqaz regionuna çox böyük önəm veririk
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Yaponiya Cənubi Qafqaz regionuna çox böyük önəm verir".

"Report" xəbər verir ki, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransının "Dayanıqlı gələcəyinin inkişafı üçün əsas amillər: kooperasiya və innovativlik" plenar iclasında Yaponiyanın iqtisadiyyat, sənaye və ticarət nazirliyinin parlamentdəki vitse-naziri Daisaku Hiraki deyib. 

Onun sözlərinə görə, Yaponiya şirkətləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində iştirak edib, ölkə həm sahədə, həm də neft hasilatı sahəsində qabaqcıl təcrübəsini bölüşə bilir. 

D.Hiraki onu da əlavə edib ki, Yaponiya Azərbaycanda mütəxəssislərin hazırlanmasına böyük töhfə verib və gələcəkdə bu istiqamətdə addımlarını genişləndirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi