Bakı. 3 dekabr. REPORT.AZ/ Yaponiya Şərqi Çin dənizinin mübahisəli ərazisində qaz yataqlarının işlənməsi ilə əlaqədar Çinə etirazını bildirib.
"Report" xəbər verir ki, bu barədə mətbuat konfransında Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.
"Bu addımlar Yaponiyanın mövqeyinə tamamilə ziddir. Çinin qaz yataqlarının işlənməsinin birtərəfli şəkildə həyata keçirməyə davam etməsi olduqca təəssüfedicidir", - o deyib.
Qeyd edək ki, 2008-ci ildə Tokio və Pekin Şərqi Çin dənizindəki qaz yataqlarının birgə işlənməsi üzrə saziş imzalayıb. Bu məsələyə dair danışıqlar 2010-cu ildə yaşanan hadisədən sonra dondurulub. O zaman Yaponiya sahil mühafizə xidməti Yaponiya ilə Çin arasında ərazi mübahisəsi mövzusu olan Senkaku adaları yaxınlığında Çinin balıqçı traulerini saxlamışdı.