Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub

Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub 2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barel olub.
Energetika
11 Fevral , 2020 11:14
Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub

2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barel olub.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Son xəbərlər

Orphus sistemi