Yuxarı

Yanvarda Ceyhan limanından Azərbaycan neftinin ixracı 15% artıb

Ceyhan limanından 2,8 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində 2 848 091 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu ilin yanvar ayında Ceyhan limanından Azərbaycan neftinin nəqli ötən ilin yanvarından 15% artıq olub.

Bu il limandan dünya bazarına çıxarılan həcmin 1 510 914 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı ildən) 2016-cı il fevralın 1-dək Ceyhan limanından 294 041 863 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi