2023-cü ilin yanvar ayında “Azərenerji” ASC elektrik enerjisinin istehsalını 190 milyon kVt/s yaxud 8,14 % artırıraraq 2 milyard 523,5 milyon kVt/s-a çatıb.
Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 203,8 milyon kVt/s və ya 9,03 % artaraq 2 milyard 460 milyon kVt/s-a çatıb, Su Elektrik Stansiyalarında (SES) 13,8 milyon kVt/s yaxud 17,85 % azalaraq 63,5 milyon kVt/s-a düşüb.
“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 0,08 milyon kVt/s, yaxud 2,09 % artaraq 4 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 13,4 milyon kVt/s, yaxud 7,05 % artaraq 203,5 milyon kVt/s təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.