Yanvarda Azərbaycanda 217 mln. manat dəyərində neft məhsulları istehsal edilib

Yanvarda Azərbaycanda 217 mln. manat dəyərində neft məhsulları istehsal edilib Bakı. 19 fevral. REPORT.AZ/ Yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 mln. manat təşkil edib.
Energetika
19 Fevral , 2019 11:47
Yanvarda Azərbaycanda 217 mln. manat dəyərində neft məhsulları istehsal edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6% az olub.

Ötən ay 105,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin yanvar ayından 3,1% az olub. Fevralın 1-nə 75,7 min ton avtomobil benzini ehtiyatı qalıb.

Yanvar ayında dizel yanacağı və neft bitumunun da istehsalında azalma qeydə alınıb. Belə ki, keçən ay 167,1 min ton həcmində dizel yanacağı, 5,8 min ton həcmində neft bitumu istehsal edilib ki, dizel yanacağının istehsalı 0,4%, neft bitumunun istehsalı isə 77,3% azalıb.

Digər neft məhsullarının istehsalında isə artım qeydə alınıb. Yanvar ayında 25,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 49 min ton ağ neft, 5,3 min ton yanacaq mazutu, 1,9 min ton sürtkü yağları istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 59,6%, ağ neft istehsalı 1%, yanacaq mazutu istehsalı 29,3%, sürtkü yağları istehsalı 11,8% artıb. Ötən ay 21,1 min ton həcmində isə neft koksu istehsal edilib ki, bu da ötən ili yanvar ayının göstəricisi ilə eynidir.

Son xəbərlər

Orphus sistemi