"Azərişıq": Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb

"Azərişıq": Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb.
Energetika
22 Noyabr , 2019 10:35
Azərişıq: Yağış elektrik enerjisi təchizatında ciddi problem yaratmayıb

Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb.  

Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu operativ surətdə aradan qaldırılıb. 

Qurumun texniki departamentinin əməkdaşları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar. Belə ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir. Bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir, bu ayın sonuna işlər yekunlaşacaq.

"Abunəçilər yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar", - "Azərişıq" bəyan edib. 

Son xəbərlər

Orphus sistemi