Xoşbəxt Yusifzadə: "Şəfəq-Asiman" strukturunda böyük qaz ehtiyatları olduğu ehtimal edilir"

Xoşbəxt Yusifzadə: "Şəfəq-Asiman" strukturunda böyük qaz ehtiyatları olduğu ehtimal edilir"
Energetika
31 May , 2018 12:25
Xoşbəxt Yusifzadə: Şəfəq-Asiman strukturunda böyük qaz ehtiyatları olduğu ehtimal edilir
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ "Şəfəq-Asiman" perspektiv strukturunda böyük qaz ehtiyatları olduğu ehtimal edilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Şəfəq-Asiman" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun yaxşı nəticələri olacağına inanırıq. Fikrimizcə, bu strukturda qaz ehtiyatları mövcudur", - o deyib. 

"BP-Azerbaijan" şirkətinin hasilat və kəşfiyyat üzrə vitse-prezidenti Qreq Rayli də jurnalistlərə bildirib ki, bu strukturda qaz ehtyatları olduğu ehtimal edilir. 

Onun sözlərinə görə, gələn il kəşfiyyat qazma işlərinə başlanılacaq. Q.Rayli qazma işlərinin "Heydər Əliyev" qazma qurğusu ilə aparılmasının nəzərdə tutulduğunu qeyd edib.