Xoşbəxt Yusifzadə Neftçi Geoloqları Cəmiyyətinə “Fəxri üzv” seçilib

Xoşbəxt Yusifzadə Neftçi Geoloqları Cəmiyyətinə “Fəxri üzv” seçilib Bakı. 7 iyun. REPORT.AZ/ SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Neftçi Geoloqları Cəmiyyətinə “Fəxri üzv” seçilib.
Energetika
7 İyun , 2018 18:36
Xoşbəxt Yusifzadə Neftçi Geoloqları Cəmiyyətinə “Fəxri üzv” seçilib

Bakı. 7 iyun. REPORT.AZ/ SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Neftçi Geoloqları Cəmiyyətinə “Fəxri üzv” seçilib.

“Report” xəbər verir ki, "Fəxri üzv" nişanını X.Yusifzadəyə Neftçi Geoloqları Cəmiyyətinin sədri Arzu Cavadova təqdim edib.

Qeyd edək ki, 1993-cü ildən Respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatı Neftçi Geoloqları Cəmiyyəti Avropanın (EAGE), Amerikanın (AAPG) və dünyanın (SPE) nüfuzlu assosiasiyaları ilə birgə 10 peşəkar beynəlxalq konfrans, eləcə də geoloqlar Əli Əşrəf Əlizadə və Şəfaət Mehdiyevin ideyalarının inkişafına dair 10 Respublika səviyyəli elmi konfrans, tələbə və gənc tədqiqatçılar üçün 23 Respublika səviyyəli və Beynəlxalq konfrans, tələbələr və beynəlxalq konfransların iştirakçıları üçün 52 geoloji ekskursiya, 39 tematik seminar və tələbələr üçün 130-dan çox xüsusi mühazirə keçirib.

NGC İB “Azərbaycan geoloqu” elmi bülletenini nəşr edir (artıq 22 nəşr var), dərslik və dərs materialları, lüğətlər, elmi və elmi-populyarmonoqrafiyalar çap edir, beynəlxalq konfrans və sərgilərdə fəal iştirak edir, tələbələrin elmi-tədqiqat işlərini təşkil edib maliyyələşdirir, tələbələr üçün neft sənayesinin müxtəlif sahələrində işlərin spesifikliyinə aydınlıq gətirilməsinə dair fəaliyyəti təşkil edir.

Son xəbərlər

Orphus sistemi