Xoşbəxt Yusifzadə: “Azərbaycanda çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,05 mlrd. tondur”

Xoşbəxt Yusifzadə: “Azərbaycanda çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,05 mlrd. tondur” Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2,550 trln. kubmetr həcmindədir.
Energetika
4 Yanvar , 2018 10:57
Xoşbəxt Yusifzadə: “Azərbaycanda çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,05 mlrd. tondur”
SOCAR I vitse-prezidenti Xoşbəxt Yusifzadə / Report

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2,550 trln. kubmetr həcmindədir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi qəzetdə bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3,450 trln. kubmetrdir.

“Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,050 mlrd. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5,450 mlrd. tondur. Beləliklə, ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 mlrd. ton həcmində qiymətləndirilir”, - deyə X.Yusifzadə bildirib.

Son xəbərlər

Orphus sistemi