XİN başçısı: “Macarıstan Qafqazdan təbii qazın Avropaya çatdırılmasında maraqlıdır”

XİN başçısı: “Macarıstan Qafqazdan təbii qazın Avropaya çatdırılmasında maraqlıdır” “Macarıstan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün qətiyyətli tərəfdarıdır”
Energetika
112
12 Mart , 2021 14:52
XİN başçısı: “Macarıstan Qafqazdan təbii qazın Avropaya çatdırılmasında maraqlıdır”
Peter Siyarto və David Zalkaliani

“Macarıstan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün qətiyyətli tərəfdarıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Tbilisidə gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı Gürcüstanın “Şərq Tərəfdaşlığı” proqramında əsas rol oynadığını bildirib: “Biz “Şərq Tərəfdaşlığı”nı Avropa İttifaqının möhkəmləndirilməsi üçün ən yaxşı mexanizm kimi nəzərdən keçiririk. Avropanın iqtisadi və siyasi cəhətdən möhkəmlənməsi üçün Avropa İttifaqının genişləndirilməsi prosedurlarına və yeni tərəfdaşların, müttəfiqlərin axtarışına ehtiyac duyulur. Gürcüstan bu istiqamətdə ən yaxşı namizədlərdən biridir”.

P.Siyarto Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasını qətiyyətlə dəstəklədiyini qeyd edib: “Biz həmçinin Gürcüstanın 2024-cü ildə Avropa İttifqına üzvlüklə bağlı müraciət etməsi istəyini də dəstəkləyirik”.

Nazir Gürcüstanın Mərkəzi Avropaya enerji resurlarının çatdırılmasında Gürcüstanın vacib rol oynadığını da vurğulayıb: “Qafqazdan təbii qazın Mərkəzi Avropaya çatdırılması Macarıstanın marağındadır və bu məsələdə Gürcüstan tranzit ölkə kimi mühüm rol oynayır”.

Son xəbərlər

Orphus sistemi