Gürcüstanın Baş naziri: "Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmədiyimizi düşünürəm"

Gürcüstanın Baş naziri: "Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmədiyimizi düşünürəm" “Azərbaycan Gürcüstanın əsas tərəfdaşıdır. Biz birlikdə daha çox layihələrə imza atmalıyıq.
Energetika
10 Aprel , 2019 15:33
Gürcüstanın Baş naziri: Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmədiyimizi düşünürəm
0 : 00
0 : 00

“Azərbaycan Gürcüstanın əsas tərəfdaşıdır. Biz birlikdə daha çox layihələrə imza atmalıyıq". 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualını cavablandırarkən bildirib.

“Biz tarix boyu xeyli sayda böyük layihələrə imza atmışıq. Bu gün də çox mühüm layihələr, habelə infrastruktur sahəsində birgə layihələr həyata keçiririk. Bakı-Tbilisi-Ceyhan neft kəmərini həyata keçirmişik. Hazırda da Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihəsi uğurla icra olunur. Lakin Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmədiyimizi düşünürəm. Biz Avropanın enerjiyə olan tələbatını təmin etmək üçün daha yaxından əməkdaşlıq etməliyik. Hər iki ölkənin birgə daha böyük layihələrə imza atmasını istərdik”.

Son xəbərlər

Orphus sistemi