Xəzərdən meyiti çıxarılan şəxsin kimliyi müəyyənləşib

Xəzərdən meyiti çıxarılan şəxsin kimliyi müəyyənləşib Meyitin kimliyi “KCA Deutag” tərəfindən təsdiq olunub
Energetika
11 Noyabr , 2016 14:17
Xəzərdən meyiti çıxarılan şəxsin kimliyi müəyyənləşib

Bakı. 11 noyabr. REPORT.AZ/ “Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən çıxarılan meyitin noyabrın 8-də səhər saatlarında həmin platformada itkin düşmüş şəxs olduğu təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

“Meyitin “Dərinsulu Günəşli” platformasında itkin düşmüş şəxs olduğu onun işlədiyi şirkət olan “KCA Deutag” tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur” - şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi