Xəzərdəki qəzalı hidrotexniki qurğular əsaslı təmir olunub

Xəzərdəki qəzalı hidrotexniki qurğular əsaslı təmir olunub Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb
Energetika
2 Avqust , 2017 15:35
Xəzərdəki qəzalı hidrotexniki qurğular əsaslı təmir olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə məxsus hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri başa çatdırılıb. 

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Məlumatda deyilir ki, təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb. Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulub, 6 metal lövhə quraşdırılıb.

Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılmış, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunub. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılmış, 2 minik meydançası yenisi ilə əvəz olunub. Meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və 1 ədəd piyada körpüsü quraşdırılıb, 23 işıq dirəyi yenisi ilə əvəz olunub.

Son xəbərlər

Orphus sistemi