Paytaxtın Xəzər rayonuna elektrik enerjisinin verilişində fasilələr yaranacaq - FOTO

Paytaxtın Xəzər rayonuna elektrik enerjisinin verilişində fasilələr yaranacaq - FOTO
Energetika
24 Mart , 2019 09:40
Paytaxtın Xəzər rayonuna elektrik enerjisinin verilişində fasilələr yaranacaq - FOTO

"Bu gün saat 11:00-dan 14:00-a qədər Xəzər rayonunun Buzovna (Albalılıq yaşayış sahəsi), NardaranBilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".

Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.

Qeyd edək ki, martın 22-də həmin qəsəbələrin digər ərazilərində də yenidənqurma işləri aparılıb.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.