Xəzər qazının Yunanıstan üzərindən ixracının tranzit xərcləri bazara uyğun müəyyənləşəcək

Xəzər qazının Yunanıstan üzərindən ixracının tranzit xərcləri bazara uyğun müəyyənləşəcək SOCAR-ın vitse-prezidenti David Məmmədov: "Yunanıstan hökumətinin nə deyəcəyi ilə bağlı indidən fikir yürütmək tezdir"
Energetika
19 Fevral , 2015 13:05
Xəzər qazının Yunanıstan üzərindən ixracının tranzit xərcləri bazara uyğun müəyyənləşəcək

Bakı. 19 fevral. REPORT.AZ/ Xəzər bölgəsində hasil olunacaq təbii qazın Avropa bazarına nəql olunması ilə bağlı hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır. Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov mediada Yunanıstanın TAP (Trans-Adriatik Boru kəməri) layihəsi çərçivəsində tranzit xərclərinin artırılmasını tələb etməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib: "Yunanıstan hökumətinin nə deyəcəyi ilə bağlı indidən fikir yürütmək tezdir. Hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır”.

D.Məmmədovun sözlərinə görə, bununla bağlı hazırkı mərhələdə hər hansı ehtimalın irəli sürülməsi yanlışdır: "Birincisi, TAP kəməri, ikincisi də nəql olunacaq qaz fiziki olaraq hələ yoxdur. Həmçinin 2018-2019-cu illərdə bazar şəraitinin necə olacağını da indi heç kim bilmir. Sadəcə olaraq, anlaşma, saziş var ki, Yunanıstan üzərindən boru kəməri keçəcək və o zaman müəyyən bir tranzit xərci olacaq. Kim deyə bilər ki, bugünkü qazın qiyməti 2019-cu il üçün şamil oluna bilər? Qaz, dizel, benzinin qiyməti ilə bağlı düsturu yazmaq olar, lakin 2019-cu ildə təchizat zamanı qazın real qiymətinin bu düstura uyğun olması da əsas şərtdir".

Son xəbərlər

Orphus sistemi