Yuxarı

Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri “Günəşli”dəki qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dayazsulu “Günəşli” yatağının 19-cu dərin dəniz özülündə 71 saylı quyuda yanğın söndürüldükdən sonra təmir-bərpa işləri başlayıb. 

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hazırda AXDG-nin “G.Şıxlinski” və “Şirvan-2” kran gəmiləri, “Nefteqaz-64”, “Aura”, “Om” təchizat-yedək gəmiləri, Gəmiçiliyə məxsus, Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə olunan “Vixr-5” və “AXDG - BUE Caspian Alyansı”nın “Caspian Server” gəmiləri qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan işlərə cəlb olunub.

Açıqlamada həmçinin bildirilib ki, sentyabrın 26-da SOCAR-ın “Günəşli” yatağındakı 19-cu stasionar dərin dəniz özülündə 71 saylı quyuda baş vermiş qəzanın aradan qaldırılmasında və saat 18:00-dan sonra başlamış yanğının söndürülməsinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (AXDG) məxsus “Nefteqaz-10” və “Nefteqaz-64”, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və “Vixr-7” gəmiləri ilə bərabər, “BP-Azerbaijan” şirkətinin rəhbərliyinin razılığı və köməkliyi ilə həmin şirkətə xidmət göstərən gəmilər də cəlb edilib: “Belə ki, Xəzərdə ən böyük yedək-təchizat gəmisi olan Gəmiçiliyin “Lənkəran” gəmisi, AXDG - BUE Caspian Alyansının həmin şirkətə xidmət göstərən “Topaz Dignity”, “Caspian Protektor”, “Caspian Voyager” gəmiləri və onların heyətləri qəzanın aradan qaldırılmasında xüsusi rol oynayıb”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi