Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq Bakı. 25 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Energetika
25 Aprel , 2018 20:52
Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 25 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata görə, Xətai rayonunun Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, aprelin 26-sı saat 10:00-dan təmir işlər tamamlananadək rayonun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi