Xətai rayonunda qazın verilişində fasilələr olacaq

Xətai rayonunda qazın verilişində fasilələr olacaq Bu, orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır
Energetika
11 Dekabr , 2015 09:18
Xətai rayonunda qazın verilişində fasilələr olacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan Bakı şəhəri Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" istehsalat Birliyindən verilən məlumata görə, fasilələr Xətai rayonu Neapol dairəsi ilə Telnov küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 57 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

Fasilə işlər yekunlaşanadək davam edəcək.


Son xəbərlər

Orphus sistemi