Xarici işlər nazirinin müavini: “İtaliya TAP-ın inşasında maraqlıdır”

Xarici işlər nazirinin müavini: “İtaliya TAP-ın inşasında maraqlıdır” Bakı. 25 iyun. REPORT.AZ/ İtaliya Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşasına marağını saxlayır.
Energetika
25 İyun , 2018 17:57
Xarici işlər nazirinin müavini: “İtaliya TAP-ın inşasında maraqlıdır”
Tap-ag.com
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ İtaliya Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşasına marağını saxlayır.

“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər nazirinin müavini Qulyelmo Pikki bildirib.

O qeyd edib ki, TAP Avropa, o cümlədən İtaliya üçün vacib infrastrukturun bir hissəsidir: “Biz, təbii ki, ətraf mühitə mümkün təsir də nəzərə alınmaqla bu layihəni həyata keçirmək istəyirik”, - nazir müavini əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi