Yuxarı

Neftin qiyməti artıb

Brent markalı neftin qiyməti 3,4% artıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,26% yaxud 2,41 dollar bahalaşaraq 56,52 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 3,44% və ya 2,11 dollar bahalaşaraq 61,38 dollara yüksəlib.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 64 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi