Xalik Məmmədov: "Azərbaycan enerji keçidi üzrə fəaliyyətini genişləndirir"

Xalik Məmmədov: "Azərbaycan enerji keçidi üzrə fəaliyyətini genişləndirir" Azərbaycan enerji keçidinin daha səmərəli, sürətli və keyfiyyətli olmasını təmin etmək üçün fəaliyyətini genişləndirir.
Energetika
2 İyun , 2023 13:59
Xalik Məmmədov: Azərbaycan enerji keçidi üzrə fəaliyyətini genişləndirir
Xalik Məmmədov

Azərbaycan enerji keçidinin daha səmərəli, sürətli və keyfiyyətli olmasını təmin etmək üçün fəaliyyətini genişləndirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) insan resursları və təhlükəsizlik üzrə vitse-prezidenti Xalik Məmmədov Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Azərbaycan Paris sazişi çərçivəsində özünün milli səviyyədə müəyyən edilmiş sənədində 1990-cı ildəki baza səviyyədən 2030-cu ilədək istixana qazlarının emissiyasını 35 % azaltmağı öz öhdəsinə götürüb. Həqiqətən də ölkəmizdə bərpa olunan enerji sektorunun yaradılması üçün nəhəng potensial var. Buraya "yaşıl hidrogen", günəş və külək enerji resursları daxildir.

"Yaşıl enerji"dən istifadənin genişləndirilməsi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair milli prioritetlər" sənədində 5 milli prioritet istiqamətindən biri kimi müəyyənləşdirilib", - X. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz "yaşıl enerji" layihələrinə üstünlük verilir:

"Həmin ərazilərdə 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var.

20 il bundan sonra neftsiz və qazsız dünyanı təsəvvür edirsinizmi?" sualı verilsə, hamı deyər ki "yox". Amma bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı mövcuddur. Dünyada qəbul edilmiş iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirməkdədir. Məqsəd 21-ci əsrin ortalarına kimi sıfır tullantıya nail olmaqdır. Paris sazişi ölkəmizdə 2016-cı ildə ratifikasiya olunmuş və Azərbaycan 2030-cu ilədək bərpa olunan enerjinin payını 30 %-ə çatdırılması ilə bağlı öhdəlik götürüb", - X. Məmmədov deyib.

Son xəbərlər

Orphus sistemi