Xaled əl-Fəlih: "OPEC+ ölkələri gələcək əməkdaşlıq planını müzakirə edəcək"

Xaled əl-Fəlih: "OPEC+ ölkələri gələcək əməkdaşlıq planını müzakirə edəcək" OPEC və qeyri-OPEC ölkələrinin arasında əməkdaşlığın davam etdirilməsi OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının əsas mövzularından biri olacaq.
Energetika
18 Mart , 2019 12:18
Xaled əl-Fəlih: OPEC+ ölkələri gələcək əməkdaşlıq planını müzakirə edəcək
Report/ Elchin Murad

"OPEC və qeyri-OPEC ölkələrinin arasında əməkdaşlığın davam etdirilməsi OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının əsas mövzularından biri olacaq".

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xaled Abdel Əziz əl-Fəlih iclasda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, neft bazarındakı oyunçulara özünə əminlik verəcək və 2014-cü ildə baş vermiş vəziyyətin təkrarlanmasına mane olacaq.

"Yaxın bir neçə həftə ərzində əməkdaşlıq planının qaralama formasını təqdim etməyi planlaşdırırıq", - Əl-Fəlih deyib.

Bundan əlavə, nazir qeyd edib ki, son bir ildə OPEC və OPEC+ birgə səylərlə neft bazarında balansı bərpa edib.

"Neft bazarının mövcud vəziyyətini öyrənərkən keçən ilin sonu ilə müqayisədə yaxşılaşma olduğunu görürük, amma hələ də çox iş görməliyik", - Əl-Fəlih vurğulayıb.

Son xəbərlər

Orphus sistemi