Xaçmazın iki kəndinə təbii qaz verilib

Xaçmazın iki kəndinə təbii qaz verilib Bakı. 17 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qaz verilib.
Energetika
17 May , 2018 15:52
Xaçmazın iki kəndinə təbii qaz verilib
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qaz verilib.

“Report” Birliyə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 57 abonenti olan Çaxçaxlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 321 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 137 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

148 abonenti olan Seyidlikəndyeri kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 885 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 8 775 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində, eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi