Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Alekseyevka kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə bağlı tədbir keçirilib. "Report"un məlumatına görə, tədbirdə
Bildirilib ki, 375 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 840 metr müxtəlif diametrli poletilen və ümumi uzunluğu 17 795 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 375 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən Rövnəq Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş genişmiqyaslı tədbirlərdən danışaraq qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb, bütün dünya müsəlmanları tərəfindən təntənə ilə qeyd olunan müqəddəs Qurban bayramı münasibətilə kənd sakinlərini təbrik edib, ən xoş arzularını bildirib. Ağsaqqallar və ictimaiyyət nümayəndələri Alekseyevka kəndinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.










