​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
21 Avqust , 2015 15:42
​Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 21 avqust. REPORT.AZ/ Avqustun 21-də Xaçmaz rayonunun Ağaşirinoba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 112 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 8431 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 112 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi