Dünya bazarında neftin qiyməti bir qədər düşüb

Dünya bazarında neftin qiyməti bir qədər düşüb "Brent" və ​WTI markalı neft arasdındakı qiymət fərqi 1 dollardan azdır
Energetika
21 May , 2016 09:07
Dünya bazarında neftin qiyməti bir qədər düşüb

Bakı. 21 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,41 dollar, yaxud 0,85% ucuzlaşaraq 47,75 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,07 dollar və ya 0,14% geriləyərək 48,74 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi