Yuxarı

WTI markalı neftin qiyməti enib

Brentin qiyməti isə sabit qalıb

Bakı. 5 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,37% yaxud 0,22 dollar ucuzlaşaraq 58,93 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində dəyişiklik müşahidə edilməyib. Belə ki, bu markalı neftin qiyməti əvvəlki gün olduğu kimi 66,45 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi