WTI markalı neftin qiyməti 50 dollara düşüb

WTI markalı neftin qiyməti 50 dollara düşüb "Brent"in qiyməti isə gün ərzində 6%-dən çox azalaraq 53 dollara çatıb
Energetika
6 Yanvar , 2015 09:16
WTI markalı neftin qiyməti 50 dollara düşüb

Bakı. 6 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,30%, yaxud 2,65 dollar ucuzlaşaraq 50,04 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 6,23% və ya 3,31 dollar ucuzlaşaraq 53,11 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi