Bakı. 18 mart.REPORT.AZ/ Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,74 dollar yaxud 4,52% bahalaşaraq 40,20 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,21 dollar və ya 3,00% bahalaşaraq 41,54 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 46 dollar/barel olacağı gözlənilir.