WTI markalı neft bahalaşıb

WTI markalı neft bahalaşıb "Brent"in qiyməti isə dəyişməz qalıb
Energetika
4 Aprel , 2015 09:21
WTI markalı neft bahalaşıb

Bakı. 4 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,44% yaxud 1,2 dollar bahalaşaraq 50,34 dollar təşkil edib. "Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in bir barelinin qiyməti dəyişməz qalaraq 54,95 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi