WTI markalı neft 3 faizdən çox bahalaşıb

WTI markalı neft 3 faizdən çox bahalaşıb Bakı. 15 yanvar. REPORT.AZ/ WTI markalı yüngül neft çərşənbə axşamı 3 faizdən çox bahalaşıb.
Energetika
15 Yanvar , 2019 21:23
WTI markalı neft 3 faizdən çox bahalaşıb

Bakı. 15 yanvar. REPORT.AZ/ WTI markalı yüngül neft çərşənbə axşamı 3 faizdən çox bahalaşıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, artım hərracların nəticəsində qeydə alınıb.

Bakı vaxtı ilə 19:42-yə olan vəziyyətə görə, WTI-nin fevral fyuçerslərinin qiyməti 3,21 faiz artaraq, bir barelə görə 52,14 dollar təşkil edib. Eyni zamanda, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri 2,47 faiz artaraq, bir barel üçün 60,44 dollara bərabər olub.

Daha əvvəl WTI neftinin fevral fyuçerslərinin 1,10% azalaraq bir barel üçün 51,02 dollar təşkil etdiyi xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi