Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya əvvəllər bu ölkənin şirkətlərinin fəaliyyət göstərdiyi bazarları ələ keçirmək fürsəti qazanıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.
Məqalədə fikirləri yer alımış ekspertlərin fikrincə, Rusiya İran neftini bundan sonra barter yolu ilə - ərzaq və istehsalat avadanlıqları müqabilində almaq niyyətindədir.
Yazıda həmçinin hazırda neft hasilatına görə dünya lideri olan Rusiyanın son 30 ilin hasilat rekorduna sahib olduğu da xatırlanır.