​Vüsal Məmmədov: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə digər ölkələrin qoşulmasında rol oynamağa hazırdır"

​Vüsal Məmmədov: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə digər ölkələrin qoşulmasında rol oynamağa hazırdır" Azərbaycan Trans-Xəzər boru kəməri layihəsini də dəstəkləyir
Energetika
15 Oktyabr , 2015 15:55
​Vüsal Məmmədov: Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə digər ölkələrin qoşulmasında rol oynamağa hazırdır

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan regiondakı digər qaz hasil edən ölkələrin də Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasında rol oynamağa hazırdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov Avropa-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi konfransda bildirib.

"Cənub Qaz Dəhlizi ideya kimi Avropa İttifaqı tərəfindən 10 il əvvəl irəli sürülüb. Görünən odur ki, o vaxtdan bu dəhlizin yaradılması rolunu üzərinə götürən Azərbaycandır", - V.Məmmədov deyib.

O,  həmçinin qeyd edib ki, Azərbaycan Trans-Xəzər boru kəməri layihəsini də dəstəkləyir.

"Amma hazırda bizim əsas məqsədimiz mövcud öhdəliklərimizin yerinə yetirilməsidir", - o vurğulayıb.

O, 2013-cü ilin sentyabr ayında Bakıda "Şahdəniz-2" üzrə Avropa alıcıları ilə iri qaz satışı sazişlərinin imzalanmasından da danışaraq qeyd edib ki, bu sazişlər Azərbaycana 2020-ci ildən başlayaraq 25 il ərzində qaz satmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi