Vüqar Rəhimzadə: “Xoşbəxt Yusifzadə dünyada yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir”

Vüqar Rəhimzadə: “Xoşbəxt Yusifzadə dünyada yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir” Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var.
Energetika
13 Yanvar , 2020 17:09
Vüqar Rəhimzadə: “Xoşbəxt Yusifzadə dünyada yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir”
Xoşbəxt Yusifzadə / Report / Firi Salim

Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var.

Onun xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev ötən il dekabrın 19-da Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Xoşbəxt Yusifzadə ilə tanış olan, onunla ünsiyyətdə olmuş insanlar da onun haqqında müsbət fikirdədirlər.

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, akademik Xoşbəxt Yusifzadə canlı korifeydir: “O, neft-qaz sahəsində kifayət qədər fədakarlıq etmiş, xidmətlər göstərmiş, özünü təsdiq etmiş bir insandır. Mən onu 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm”.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadənin adı çəkiləndə ilk öncə neft-qaz, geologiya və qazma işləri yada düşür: “O, fəaliyyətə başladığı illərdən bu günə qədər bu sahənin inkişafına çox böyük töhfələr verib və mən cənab Prezidentimizə ürəkdən təşəkkür edirəm ki, belə bir insanın 90 illik yubileyini rəsmi şəkildə, dövlət səviyyəsində qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb”.

Baş redaktor bildirib ki, o, Xoşbəxt müəllimi uzun illərdir tanıyır: “Uzun illər deyəndə, bəlkə də, çox böyük səslənir. Amma bizim hörmətli akademiklə tanışlığımız 30 ilə yaxındır davam edir. Xoşbəxt müəllim yaxşı, peşəkar mütəxəssis olmaqla yanaşı, eyni zamanda gözəl insan, gözəl yol yoldaşı və gözəl həmsöhbətdir. O, çox diqqətcil insandır. Mən sadə bir qəzetçiyəm, qəzet adamıyam, amma istənilən bir əlamətdar gündə - bu, istər doğum günüm, istər qəzetimizin əlamətdar günü, istərsə də hər hansı bir yazı ilə bağlı olsun - o qədər həssas diqqət görmüşəm. Hər zaman çox böyük səmimiyyətlə istənilən insana qarşı o münasibəti və diqqəti göstərir. Mən də ondan həmin bu münasibəti görmüşəm”.

"Xoşbəxt Yusifzadə başlıca olaraq xalqına, dövlətinə, cənab Prezidentə və Ulu Öndərə sədaqətlə xidmət edən, neft sahəsinə xidmət göstərən gözəl bir mütəxəssisdir".

Vüqar Rəhimzadə

Vüqar Rəhimzadə

V. Rəhimzadənin vurğulayıb ki, Xoşbəxt Yusifzadə olduqca səmimi insandır: “O, çox gözəl yol yoldaşıdır. Onunla harasa səfərə çıxan insan düşünmürəm ki, yorular və “yoruldum” deyər. O, yorğunluq və digər mənfi emossiyaları keçirmir. Xoşbəxt müəllim o qədər enerjili və müsbət auralı insandır ki, onunla harada olursan ol, ondan yalnız və yalnız müsbət aura, yüksək enerji alırsan. Hörmətli akademik diqqətcil olmaqla yanaşı, həm də gözəl insandır. Xoşbəxt Yusifzadə başlıca olaraq xalqına, dövlətinə, cənab Prezidentə və Ulu Öndərə sədaqətlə xidmət edən, neft sahəsinə xidmət göstərən gözəl bir mütəxəssisdir. Bu gün Azərbaycanda tarixdə iz qoymuş kifayət qədər neftçilərimiz var. Hesab edrəm ki, bu neftçilər arasında hazırda yaşayan və sağlığında özünü təsdiq etmiş korifey olan kifayət qədər neftçilərimiz Xoşbəxt müəllimin timsalında var. Xoşbəxt Yusifzadə ən öncül və birincilərdən olan neftçilərimizdən biridir. Xoşbəxt müəllim istənilən insanla ünsiyyət qurmağı, istənilən insanı dinləməyi və bir ağsaqqal və gözəl mütəxəssis kimi xoş tövsiyələrini verməyə hazır olan insandır”.

X.Yusifzadənin çox peşəkar olduğunu xatırladan V. Rəhimzadə bildirib ki, o, neft-qaz çıxarmada, geoloji-kəşfiyyat işlərinin və qazma işlərinin aparılmasında çox gözəl mütəxəssisdir: “Hesab edirəm ki, təkcə Azərbaycanda deyil, bütün dünyada sayılıb seçilən və yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir”.

O, X.Yusifzadəni təbrik edib, ona uzun ömür, can-sağlığı arzulayıb: “Düşünürəm ki, o, Azərbaycan neft sənayesinə hələ uzun illər lazım olacaq, onun akademik kimi yazıb-yaratdıqları əsərlər uzun illər Azərbaycan neft sənayesinə töhfə verəcək. Azərbaycan cəmiyyəti üçün faydalı olan bu əsərlər gənc mütəxəssislərin formalaşmasında mühüm əhəmiyyət kəsb edəcək”.

Son xəbərlər

Orphus sistemi