Vuçiç: “IGB layihəsi Serbiya üçün də vacib əhəmiyyət kəsb edir”

Vuçiç: “IGB layihəsi Serbiya üçün də vacib əhəmiyyət kəsb edir” "Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) həyata keçirilməsi Serbiya üçün də vacib əhəmiyyət kəsb edir”.
Energetika
1 Oktyabr , 2022 16:35
Vuçiç: “IGB layihəsi Serbiya üçün də vacib əhəmiyyət kəsb edir”

"Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) həyata keçirilməsi Serbiya üçün də vacib əhəmiyyət kəsb edir”.

"Report" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Sofiyada IGB-nin istifadəyə verilməsi mərasimində deyib.

"Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik etmək istərdim. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir", - Prezident bildirib.

O, Serbiya ilə Bolqarıstan arasında interkonnektorun tikintisinə artıq başlanıldığını diqqətə çatdırıb: “Ümid edirəm ki, bir ildən sonra tikinti işləri hər iki tərəfdən tamamlanacaq”.

Gələn ildə də oxşar mərasimin ölkəsində də keçiriləcəyinə ümid etdiyini vurğulayan A.Vuçiçin sözlərinə görə, IGB-nin istismara verilməsi soyuq qış ərəfəsində verilən təbii qazın həcmi baxımından vacibdir.

Xatırladaq ki, bu gün Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəməri kommersiya istismarına verilib. Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş istifadəyə verilmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

IGB Yunanıstanda Trans-Adriatik qaz kəmərinə qoşulur ki, bu da “Şahdəniz” yatağında hasil olunan Azərbaycan qazını Bolqarıstana nəql etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi