Avropa Komissiyası: "Türk axını"nın tikinti layihəsi Aİ normalarına uyğun olmalıdır

Avropa Komissiyası: "Türk axını"nın tikinti layihəsi Aİ normalarına uyğun olmalıdır Avropa Komissiyası layihənin detalları ilə tanış olduqdan sonra ona texniki qiymət verə biləcək
Energetika
21 Aprel , 2015 18:06
Avropa Komissiyası: Türk axınının tikinti layihəsi Aİ normalarına uyğun olmalıdır

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiya tərəfindən inşa edilən "Türk axını" qaz kəmərinin Qara dənizin dibi ilə Türkiyədən Yunanıstana qədər uzanacaq tikinti layihəsi Aİ normalarına uyğun olmalıdır. 

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin mətbuat katibi Anna-Kaysa İtkonen bildirib. 

"Biz layihəyə texniki qiymət verməyə hazırıq, lakin bu onun təfərrüatlarını müəyyən etdikdən sonra mümkün olacaq. "Cənub axını" layihəsində olduğu kimi, bu layihəyə münasibətdə deyə bilərik ki, Avropa İttifaqının ərazisində bütün qaz-nəqliyyat layihələri Aİ normalarına tamamilə uyğun olmalıdır", - mətbuat katibi bildirib. 

Son xəbərlər

Orphus sistemi