Vladimir Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"

Vladimir Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir" Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir.
Energetika
28 Noyabr , 2018 16:41
Vladimir Putin: Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ "Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir".

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

“Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: "OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi