Vladimir Drebentsov: "OPEC-in neft hasilatının azaldılması qərarını yenidən uzatması ehtimalı yüksəkdir"

Vladimir Drebentsov: "OPEC-in neft hasilatının azaldılması qərarını yenidən uzatması ehtimalı yüksəkdir" BP-nin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı: "Nigeriya və Liviyaya kvota rejimi tətbiq edilməlidir"
Energetika
25 Oktyabr , 2017 13:11
Vladimir Drebentsov: OPEC-in neft hasilatının azaldılması qərarını yenidən uzatması ehtimalı yüksəkdir
BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov / Report

Bakı. 25 oktyabr. REPORT.AZ/ OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını (OPEC+ sazişi) 2018-ci ilin mart ayından sonra da yenidən uzatması ehtimalı yüksəkdir.

"Report" xəbər verir ki, bunu Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib.

O qeyd edib ki, sazişin uzadılması şərtində bir neçə modifikasiya edilməlidir: "Neft hasilatının azaldılması ilə bağlı qərarı bütün üzv ölkələr yerinə yetirə bilməyib. Məlumdur ki, Liviya və Nigeriyaya güzəşt edilmişdi. Nəticədə Liviya 1 mln. barelə qədər hasilatı artırıb". 

"Əgər hasilatın 2018-ci ilin mart ayından sonra növbəti müddətə azaldılması ilə bağlı qərar qəbul olunarsa, Nigeriya və Liviyaya kvota rejimi tətbiq edilməlidir", - V.Drebentsov qeyd edib.

Son xəbərlər

Orphus sistemi