Vitse-prezident: “Avropa İnvestisiya Bankı Azərbaycanla əməkdaşlıqda enerji layihələrinə xüsusi maraq göstərir”

Vitse-prezident: “Avropa İnvestisiya Bankı Azərbaycanla əməkdaşlıqda enerji layihələrinə xüsusi maraq göstərir” Bakı. 26 sentyabr.REPORT.AZ/ Energetika Nazirliyində Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika
26 Sentyabr , 2018 09:44
Vitse-prezident: “Avropa İnvestisiya Bankı Azərbaycanla əməkdaşlıqda enerji layihələrinə xüsusi maraq göstərir”
minenergy.gov.az
0 : 00
0 : 00

Bakı. 26 sentyabr.REPORT.AZ/ Energetika Nazirliyində Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələrdən danışan energetika nazirinin müavini Samir Vəliyev Avropa İnvesitisiya Bankının Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyini yüksək qiymətləndirib. Nazir müavini Azərbaycanın Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın enerji sektorunda genişləndirilməsində maraqlı olduğunu bildirib.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak isə deyib ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlıqda enerji layihələrinə xüsusi maraq göstərir. Vazil Hudak həmçinin bildirib ki, AİB bərpa olunan enerji mənbələri, əsasən külək və günəş enerjisi, neft-kimya məhsulları sahəsində əməkdaşlığa xüsusi önəm verir. Onun sözlərinə görə, Avropada külək enerjisinə ən böyük investisiya AİB tərəfindən ayrılıb.

Görüşdə bərpa olunan enerji mənbələrinin inkişafına Avropa İnvestisiya Bankının mümkün texniki və maliyyə dəstəyi, enerji səmərəliliyi, generasiya güclərinin artırılması, elektrik veriliş xətlərinin yenilənməsi kimi məsələlərlə bağlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi