Yuxarı

"Vitol" ABŞ sanksiyaları ilə üzləşən gəmilərdə Türkmənistan neftini daşıyır

Bakı. 9 fevral. REPORT.AZ/ Dünyanın ən iri neft treyderlərindən biri olan "Vitol" şirkəti Krım və Suriyaya neft məhsullarının satışına görə ABŞ-ın sanksiyaları ilə üzləşən gəmiləri icarəyə götürməyə hazırdır.

"Report"un məlumatına görə, "Vitol"  ENOC (Emirates National Oil Company) şirkəti ilə xam neft ixracı üçün müqavilə bağlayıb. Xam neft Xəzərin Türkmənistan şelfində yerləşən və ENOC-un törəmə qurumu olan "Dragon Oil" tərəfindən işlənən yataqdan ixrac olunmalıdır.

Neftin daşınması əvvəldən Rusiyanın VF Tanker və Türkmənistan dəniz gəmiçiliyinə məxsus gəmilərdə planlaşdırılırdı. Sonra isə "Vitol" dənizlə yük daşınmasını ucuzlaşdırmaq qərarına gəlib və "Mekhanik Voronkov" (IMO 886719, 1971 il) və "Grigoriy Bugrov" (IMO 8848628, 1974 il) tankerlərini icarəyə götürüb.

"Mekhanik Voronkov" tankeri artıq Türkmənistanın Alaca limanına xam neftin yüklənməsi üçün yola düşüb.

Bundan başqa, "Vitol" şirkəti həmçinin ABŞ-ın sanksiyaları ilə üzləşən iki əlavə gəminin - "Marshal Tukhachevsky" (IMO 9035541) və "Stalingrad" (IMO 9690212) - icarəyə götürülməsi barədə danışıqlar aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi