Vitali Bəylərbəyov: "Bundan sonra da Avropanın enerji təhlükəsizliyini təmin edəcəyik"

Vitali Bəylərbəyov: "Bundan sonra da Avropanın enerji təhlükəsizliyini təmin edəcəyik" Azərbaycan bundan belə də Avropaya qaz tədarükünü davam edərək regionun enerji təhlükəsizliyinə dəstək verəcək.
Energetika
10 Sentyabr , 2021 17:16
Vitali Bəylərbəyov: Bundan sonra da Avropanın enerji təhlükəsizliyini təmin edəcəyik
Vitali Bəylərbəyov

"Azərbaycan bundan sonra da Avropaya qaz tədarükünü davam etdirərək regionun enerji təhlükəsizliyinə dəstək verəcək".

“Report” xəbər verir ki, bunu SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Vitali Bəylərbəyov ADA Universitetində regional enerji təhlükəsizliyi mövzusunda keçirilən simpoziumda bildirib.

O, qazın hələ də baha olması səbəbindən istehlakçıların çətin vəziyyətə düşməsindən narahatlıq ifadə edib: “Qazın qiymətləri artır, bu da potensial istehlakçılar üçün müəyyən çətinliklər yaradır. Biz tərəfdaşlarımızla bir yerdə Yunanıstan, Bolqarıstan, İtaliya bazarlarına qaz tədarük etməklə Avropanın enerji təhlükəsizliyini bundan sonra da təmin edəcəyik... Hazırda regionda əhəmiyyətli qaz ixracatçısıyıq və tərəfdaşlarımızla - ABŞ və Böyük Britaniya ilə yaxından əməkdaşlıq edirik. Onlar icra etdiyimiz layihələrin müxtəlif mərhələlərində bizə kömək edirlər”.

Suallara cavab verən V.Bəylərbəyov qeyd edib ki, Azərbaycan qaz hasilatını və ixracatını daha da artırmaq imkanlarına malikdir: “Bundan sonrakı layihələrin icrası üçün sərmayə qoyuluşu, digər tərəflərin köməyi lazımdır. Kənardan bizə təqdim olunacaq bütün təşəbbüslər kommersiya xarakteri daşımalıdır. Bəli, böyük addımlar atır, bəhrəsini də görürük, amma enerji təhlükəsizliyinin təıminatında yeni mərhələyə çıxmaq üçün sonrakı addımları dəqiq götür-qoy etmək vacibdir”.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni şəraitdə enerji əməkdaşlığının zərurətinə toxunan ekspert münaqişədən sonrakı dövrdə Ermənistanla əməkdaşlığın mümkünlüyünü də dilə gətirib: “Yadınızdadırsa, 2021-ci ilin mart-aprel aylarında öz ərazimizdən Rusiya qazının Ermənistana nəqlini həyata keçirmişik. Bu ölkə ilə yaxşı münasibətlərimiz olmasa da, bunu etmişik”.

Son xəbərlər

Orphus sistemi