Vergilər naziri Siyəzəndə vətəndaşların problemləri ilə maraqlanıb

Vergilər naziri Siyəzəndə vətəndaşların problemləri ilə maraqlanıb Görüş zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub
Energetika
25 Noyabr , 2016 19:25
Vergilər naziri Siyəzəndə vətəndaşların problemləri ilə maraqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşlar üçün görüş keçirib.

“Report”a Vergilər Nazirliyindən verilən məlumata görə, görüşdə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Görüş zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi