Venesuelada benzinin qiyməti artırılır

Venesuelada benzinin qiyməti artırılır Bakı. 20 avqust. REPORT.AZ/ Venesuelada benzinin qiymətinin artırılmasına başlanılır.
Energetika
20 Avqust , 2018 13:23
Venesuelada benzinin qiyməti artırılır
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Venesuelada benzinin qiymətinin artırılmasına başlanılır. 

"Report"un xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro açıqlama verib. 

Onun sözlərinə görə, bu proses mərhələli şəkildə, 2 il davam edəcək və sonra Venesuelada benzinin qiyməti dünya səviyyəsinə çatdırıraq onun "havayı" satışına son qoyulacaq. 

Xatırladaq ki, Venesuelada benzinin 1 litri 0,01 ABŞ dollarına satılır ki, bu da dünya üzrə ən aşağı qiymətdir. 

Son xəbərlər

Orphus sistemi