Venesuela son 28 ildə ən az neft ixrac edib

Venesuela son 28 ildə ən az neft ixrac edib Bakı. 3 yanvar. REPORT.AZ/ Venesuela iqtisadi böhran şəraitində hasilatın azalması səbəbindən ötən il son 28 ildə ən az neft ixracını həyata keçirib.
Energetika
3 Yanvar , 2019 17:41
Venesuela son 28 ildə ən az neft ixrac edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Venesuela iqtisadi böhran şəraitində hasilatın azalması səbəbindən ötən il son 28 ildə ən az neft ixracını həyata keçirib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, 2018-ci ildə Venesuela gündə yalnız 1,245 milyon barrel neft ixrac edə bilib.

OPEC-in məlumatına görə, Venesuelada son beş ildə neft hasilatı iki dəfədən çox azalaraq 1,346 milyon barel/gün təşkil edib.

Qeyd edək ki, neft ixracı Venesuela büdcəsinin əsas gəlir mənbəyidir. Başqa sözlə, ixracatdakı azalma ölkədəki böhranı daha da gücləndirir.

Son xəbərlər

Orphus sistemi