Venesuela Rusiyaya neft ixracını artıra bilər

Venesuela Rusiyaya neft ixracını artıra bilər Gələn ayın əvvəlində Venesuelanın neft naziri Manuel Quevedonun Rusiyaya səfəri zamanı həmin ölkəyə neft ixracının artırılması məsələsi də müzakirə olunacaq.
Energetika
29 Mart , 2019 13:03
Venesuela Rusiyaya neft ixracını artıra bilər

Gələn ayın əvvəlində Venesuelanın neft naziri Manuel Quevedonun Rusiyaya səfəri zamanı həmin ölkəyə neft ixracının artırılması məsələsi də müzakirə olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O, tədarük həcmi barədə suala “həmkarlarımızdan gələn sorğular çərçivəsində” deyərək cavab verib.

Xatırladaq ki, bu günlərdə Bakıda keçirilən OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasında iştirak edən M.Quevedo aprel ayının əvvəllərində “Petroleos de Venezuela” (PDVSA) dövlət neft şirkətinin Moskva ofisinin açılışı münasibətilə Rusiyaya səfər edəcəyini, bu ölkənin enerji naziri Aleksandr Novak və “Rosneft” dövlət neft şirkətinin rəhbəri İqor Seçinlə görüşəcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi